Türkiyədə zəlzələ oldu

Türkiyənin Muş vilayətində 3,7 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, bu barədə ölkənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 01:08-də qeydə alınıb. Zəlzələnin episentri Korkut rayonunda, ocağı isə 11,37 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.