Türkiyənin mərkəzi hissəsində zəlzələ olub.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, 5,3 maqnitudada qeydə alınmış zəlzələnin episentri 152 min insanın yaşadığı Ağsaray şəhərindən 37 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 3 kilometr dərinlikdə olub.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib.