Türkiyədə zəlzələ oldu

Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib. 

Yenicag.az türk mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ bu gün saat 17:38-də 4,2 bal gücündə baş verib. Yeraltı təkanın ocağı Mərmərə dənizində sahildən 18,87 km məsafədə 6,83 km dərinlikdə qeydə alınıb.