Türkiyədə zəlzələ oldu

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa Aralıq dəniz Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeralı təkanlar yerli vaxtla saat 00:58-də qeydə alınıb.

Zəlzələnin episentri Van şəhərindən 46 kilometr şimalda qeydə alınıb. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Рейтинг@Mail.ru Яндекс.Метрика