Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ hadisəsi baş verib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, təbiət hadisəsi Denizli şəhərinin Pamukkale bölgəsində baş verib. Yer silkələnməsi Rixter şkalası ilə 4 balla qiymətləndirilib.

Zəlzələnin ocağı yerin 7.24 kilometr dərinliyində yerləşib. Dağıntı və insan itkiləri ilə bağlı məlumat yoxdur.