Türkiyədə zəlzələ oldu

Türkiyənin Elaziq vilayətində 3,8 bal gücündə zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Yeraltı təkanlar yerli vaxtla saat 00:09-da Sivrice rayonunda 3,8 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin hiss olunduğu bildirilir.