Türkiyədə zəlzələ oldu

Egey dənizində 4 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 12:21-də Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə baş verib.

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.