Türkiyədə zəlzələ oldu

Türkiyənin qərbində 4,5 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, yeraltı təkanların episentri Dənizli şəhərindən 83 kilometr cənubda, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.