Türkiyədə zəlzələ oldu

Türkiyənin Hatayşəhərinin Kırıkhan rayonunda 4.8 maqnitudalı zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 8,28 km dərinlikdə olub. Təbiət hadisəsi 05:32-də (Bakı vaxtı ilə 06:32-də) qeydə alınıb.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.