Türkiyədə zəlzələ olub

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 3,5 bal gücündə zəlzələ olub.

Yenicag.az-ın Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla 22:28-də qeydə alınıb.

Məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib və ətraf ərazilərdə də hiss edilib./APA/

COP29