Türkiyədə zəlzələ olub

Türkiyənin Malatya vilayətinin Pütürge rayonunda 4 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla 21.56-da yerin 11.89 kilometr dərinliyində baş verib. Təkanlar Malatyada, eləcə də ətraf rayonlarında da hiss edilib.