!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə zəlzələ xofu – Ərdoğan xalqa çağırış etdi

!Reklam – Yazi

Türkiyə Fövqəladə Hallar Qurumunun (AFAD) sədri Murat Nurlu İstanbulda baş verən zəlzələnin nəticələri haqda məlumatı açıqlayıb.

Yenicag.az xəbər ki, bu barədə “TRT haber”ə danışamn Murat Nurlu zəlzələdən sonra 4,1 bal gücündə ardıcıl yeraltı təkanların hiss edildiyini və insanların açıq ərazilərə toplaşdıqlarını bildirib.

Məlumata görə, zəlzələ nəticəsində Avcılarda yerləşən bir məscidin minarəsi dağılıb, bəzi binalarda çatlar əmələ gəlib. Zəlzələ təhlükəsi səbəbindən bölgədəki ibtidai və orta məktəblərdə dərslər təxirə salınıb.

Türk Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık və AFAD evlərində çatlar yaranan vətəndaşları həmin binaları tərk etməyə çağırıb.

İstanbulda yaranan zəlzələ xofu ilə bağlı əhaliyə müraciət edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan insanlara təşvişə düşməməyi tövsiyə edib.

Firuzə Alimova

www.yenicag.az

1191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv