Türkiyədə fevralın 6-da baş verən güclü zəlzələdən sonra afterşokların sayı 10 mini ötüb.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin nümayəndəsi Orxan Tatar deyib.
O bildirib ki, son üç həftədə 10 min 282 afterşok qeydə alınıb.