Türkiyədə zəlzələdən zərər çəkənlərə 30 milyard lirə nağd yardım verildi

Türkiyədə zəlzələdən sonra 130 min yaşayış evi, 36 min kənd evi də daxil olmaqla, 171 mindən çox müstəqil tikintinin inşasına başlanılıb.

Yenicag.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyada çıxışı zamanı bildirib.

O həmçinin qeyd edib ki, indiyədək zəlzələdən zərər çəkənlərə 30 milyard Türk lirəsi nağd yardım verilib.

Ərdoğan hakimiyyəti tərəfindən başladılan layihələrin davam etdiriləcəyini də əlavə edib.