“Biz tuta bilməyəcəyimiz heç bir sözü vermədik”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum “Twitter” hesabından yazıb.
O qeyd edib ki, əsrin fəlakətindən 76 gün sonra zəlzələdən zərərçəkənlərə ilk evlər artıq təhvil verilib:
“İnşallah, 319 min evimizin açarı 365-ci gündə zərərçəkənlərin əlində olacaq”.