Türkiyədə zirehli maşın aşdı – 12 əsgər yaralandı

Türkiyənin Iğdır bölgəsinin Qaraqoyunlu rayonunda zirehli hərbi maşın aşıb. 

Yenicag.az xəbər verir ki, təkəri partlayan zirehli texnikanın yol kənarına aşması nəticəsində 12 əsgər yüngül xəsarət alıb.

5-ci Sərhəd Alay Komandanlığının hərbçiləri Iğdır Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.