Türkiyədə zirehli polis maşını aşdı – Ölən var

Türkiyənin Şanlıurfa şəhərində zirehli polis maşını aşıb.

Yenicag.az xəbər verir ki, qəza nəticəsində polis məmuru Ramazan Kütük şəhid olub.

Məlumata görə, 31 yaşlı polisin idarə etdiyi zirehli avtomobil səkiyə çırpılaraq aşıb. Onun həyatını xilas etmək mümkün olmayıb.