!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədəki Azərbaycan diasporu Atatürkün məzarını ziyarət edib

!Reklam – Yazi

thumbnail_dsc_0031-1İstanbul Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) rəhbəri Səfər Qaraqoyunlu başda olmaqla təşkilatın üzvləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Ankarada Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib.

Atatürkün məzarı önünə gül çələngi qoyulduqdan sonra S.Qaraqoyunlu sonra xatirə dəftərinə təşkilat adından ürək sözlərini yazıb.

Atatürkün Mavzoleyindən sonra Etnoqrafiya Muzeyi, Türk dünyasının böyük şairi, “İstaqlal” marşının müəllifi Mehmet Akif Ersoyun Ev muzeyi, Məmmədəmin Rəsulzadənin məzarı ziyarət olunub.

Ziyarətdə Azərbaycanın Ankaradakı Səfirliyinin müşaviri Ramil Qurbanov, İğdırın keçmiş İl Emniyyet müdiri Yüksel Babal, Azərbaycan Kültür Evinin sədr müavini İsa Yaşar Tezel və Ankarada yaşayan azərbaycanlılar iştirak edib. S.Qaraqoyunlu ziyarətdə iştirak edən qrup üzvlərinə təşəkkür edərək bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini deyib.

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv