Türkiyədəki böyük meşə yanğınları söndürüldü

Türkiyədə geniş ərazini əhatə edən böyük meşə yanğınları söndürülüb.

Yenicag.az xəbər verir ki, bunu ölkənin meşə və kənd təsərrüfatı naziri Bəkir Pakdəmirli rəsmi “Twitter” hesabından etdiyi paylaşımla elan edib.

Nazir Muğlanın Köyceğiz rayonundakı yanğının nəzarət altına alındığını bildirib.

“Bununla da ölkəmizdə baş verən böyük yanğınların hamısını söndürdük”, – deyə nazir vurğulayıb.