Türkiyədəki əcnəbilərin sayı açıqlandı

Hazırda Türkiyədə yaşayan əcnəbilərin sayı açıqlanıb.

Yenicag.az-ın Türkiyə bürosunun məlumatına görə bu barədə ölkənin daxili işlər nazirinin müavini İsmayıl Çataklı sosial media hesabında paylaşım edib.

Nazir müavini Türkiyədəki əcnəbilərin ümumi sayının 5 milyon 239 min 426 nəfər olduğunu bildirib ki, bunlardan da 3 milyon 577 min 714 nəfərinin suriyalı olduğunu vurğulayıb.

Çataklı ölkədəki əcnəbilərdən 1 milyon 22 min 703 nəfərinin təhsil alanlar olduğunu da qeyd edib.