Türkiyədəki 15 iyul Çevrilişə cəhdə görə, həbslər Azərbaycana da çatıb. Yenicag.az-a daxil olan məlumata görə, çevrilişə cəhdə görə, həbs olunan general Mehmet Dişlinin oğlu da Bakıda gözaltına alınaraq, Ankaraya göndərilib. Həbs edilən şəxsin Türkiyənin Azərbaycandakı səfirliyində konsulluq katibi vəzifəsində çalışdığı bildirilir.
Onunla yanaşı başqa bir səfirlik işçisinin də həbs edildiyi bildirilir.
Həbs olunanların siyahısının artıb-artmayacağı isə hələlik bilinmir.
Türkiyə səfirliyindən sorğumuza cavab verən olmadığı üçün məsələni dəqiqləşdirmək mümkün olmadı.