Türkiyədəki məşhur Brilliant Dadaşovanın özəl görüntülərini yaydı – VİDEO

Xalq artisti, Türkiyədə yaşayan tanınmış bəstəkar Cavanşir Quilyev xalq artisti Brilliant Dadaşovanın ifasında uzun illər əvvəl səslənən, sonralar ifasına qadağa qoyulan “Sevda gəmisi” adlı mahnını “youtube”- a yükləyərək, videosunu yayıb. “Şirbalanın məhəbbəti” filmi üçün yazılan həmin mahnını filmdə xalq artisti Hacıbaba Bağırov ifa edib.

Hazırda Türkiyədə olan Cavanşir Quliyev bununla bağlı Yenicag.az-a açıqlama verib:

“Kinofilm və tamaşalarda istifadə olunan mahnıların sonradan müğənnilər tərəfindən ifa olunması yayılmış ənənədir. Çünki kinoda mahnı süjetin özəlliklərindən doğan tərzdə oxunur və müstəqil yaşamaq şansı, istisnaları saymasaq, çox az olur. Müğənni isə mahnını necə deyərlər kütləviləşdirir, ictimailəşdirir. Mahnı geniş kütləyə anlaşılan halda çatdırılır. Bu mahnını “Şirbalanın məhəbbəti” filmi ekranlara çıxandan sonra Brilliant Dadaşovaya verdim. Məncə gözəl oxudu. Hətta mahnı Azərbaycan televiziyasında təqdim olundu, bir neçə dəfə yayımlandı. Amma mənə yasaq qoyulduqdan sonra mahnınya da qadağa qoyuldu. Ona görə də internetə yükləndi ki, bəlkə dinləmək istəyənlər var. Nə qədər ki, Mark Zukkerberq mənə “Feysbuk”da yasaq qoymayıb, fürsətdən istifadə edirəm”.

Cəvahir
Yenicag.az

COP29