Türkiyədəki qəzada ölən və yaralananların sayı açıqlandı

Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər ölüb, 75-i xəsarət alıb. Bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Tekirdağ əyalətinin valisi Mehmet Ceylan bildirib ki, yaralılar helikopterlərlə xəstəxanalara çatdırılıblar.

İlkin versiyaya görə, sərnişin qatarının qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub.