Türkiyədə keçirələcək prezident seçkiləri ilə bağlı yeni rəy sorğusunun nəticələri açıqlanıb.
Yenicag.az bildirir ki, rəy sorğusunu keçirən A&G Araşdırma Mərkəzinin rəhbəri Adil Gur sorğunun nəticələrini açıqlayaraq, 24 iyun prezident seçkilərində Ərdoğanın qalib gələcəyini bildirib.
Sorğunun nəticələrinə əsasən, Ərdoğan seçicilərin mütləq əksəriyyətinin səsini qazanmaqla növbəti 7 ildə ölkəni idarə edəcək.
İkinci turun olub-olmayacağına gəldikdə isə A.Gur bildirib ki, Ərdoğan elə birinci turda seçicilərin 55 fazinin səsini almaqla seçkinin qalibi olacaq və ikinci mərhələyə ehtiyac qalmayacaq.