Türkiyədəki səfirimiz Rəsulzadənin məzarını ziyarət etdi – FOTOLAR

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və səfirliyin əməkdaşları Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, Azərbaycanda milli istiqlal fikirlərinin yayılmasına əhəmiyyətli töhfə vermiş Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.

Bu barədə məlumatı səfir “Twitter” hesabında paylaşıb.

Qeyd olunub ki, ziyarət M. Ə. Rəsulzadənin anadan olmasının 138-ci ildönümü günü baş tutub.