Türkiyədəki səfirliyimizin Konsulluq şöbəsi 12 gün bağlı olacaq

Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 31-dək a bağlı olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Nazirlər Kabinetinin 15.02.2025-ci il tarixli qərarına əsasən, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri olmasıdır.