Ankarada TUSAŞ aerokosmik şirkətinin inzibati binasına terror hücumu təşkil edən və əsir götürülənlərin görüntüləri yayılıb.
Yenicag.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya Kahramankazan rayonunda baş verən terror hücumu zamanı ölən və yaralananların olduğunu açıqlayıb. Onların sayı barədə hələlik məlumat verilməyib.
Kamera qeydlərinə görə, hücumçulardan birinin kişi, o birinin qadın olduğu məlumdur. Məlumata görə, terrorçular şirkət binasına daxil olaraq, işçiləri əsir götürüblər.