Türkiyənin Bolu şəhərindəki Qartalqaya xizək mərkəzinin hotelində baş verın yanğında ölənlərin sayı 76-ya çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında ölkənin daxili işlər naziro Əli Yerliqaya məlumat verib.
Yanğınla bağlı daha 5 nəfər saxlanılıb. Beləliklə saxlanılanların sayı 9 nəfərə yüksəlib.
***16:32
Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Boluda Qartalqaya kurort mərkəzindəki hoteldə baş verən yanğında ölənlərin sayının 66-ya çatdığını açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
“Hoteldə baş verən yanğında 66 nəfər həlak oldu, 51 nəfər yaralandı. Çox təəssüf edirik. Yanğın söndürülüb, soyutma işləri davam edir”, – nazir qeyd edib.