Avropa İttifaqının Türkiyə ilə Gömrük Birliyinin genişləndirilməsi üçün müzakirələrə hazırda başlamamaq qərarı Türkiyədə sərt reaksiya ilə qarşılanıb.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə XİN Avropa Birliyinin bu addımını “İkiüzlülük və qətiyyətsizlik” adlandırıb.
Avropa İttifaqı naziri Ömər Çəlik bildirib ki, AB bu açıqlaması ilə 18 mart anlaşmasına riayət etməyəcəyini bəyan edib: “Avropa Birliyinin ölkəmizə qarşı ayrıseçkiliyini qəbul etmirik”.