!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən ABŞ-a cavab: "Qarşılıq verəcəyik"

!Reklam – Yazi

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ konqresində qəbul olunmuş qərara münasibət bildirib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyəyə F-35 satışını şübhə altına alan qərara Türkiyədən cavab gecikməyib. Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy amerikalı rəsmilərlə keçirilən görüşdə iştirak etdiyini, Türkiyənin lazımi tədbirlər görəcəyini bildirib. Aksoy qeyd edib ki, əgər ABŞ Türkiyəyə F-35 verməsə, müttəfiqlik əlaqəlari zədələnəcək. Türkiyə də müvafiq istiqamətdə qarşılıq verəcək.

Xatırladaq ki, dünən ABŞ konqresində bir qrup senator 716 milyard dollarlıq müdafə siyasəti qanun layihəsini təqdim edib. Müdafiə Komitəsi tərəfində qəbul edilən təklif konqresdə səsverməyə çıxarılacaq. Qərar təsdiqlənərsə, ABŞ Türkiyəyə F-35 satmayacaq.

www.yenicag.az

1926
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv