Türkiyədən ABŞ-dakı etirazlara MÜNASİBƏT

ABŞ-da prezident seçkilərindən sonra baş verən və bu gün nümayişçilərin Konqres binasına girməsi təşəbbüsünə qədər uzanan daxili prosesləri narahatlıqla izləyirik.

Yenicag.az  xəbər verir ki, bu ifadələr ABŞ-dakı vəziyyətlə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

Açıqlamada ABŞ-dakı bütün tərəflər qarşılıqlı olaraq sağlam düşüncəyə dəvət edilib və ölkədəki daxili böhranın anlaşma əsasında aradan qaldırılacağına inam ifadə olunub.

ABŞ-dakı Türkiyə vətəndaşlarının qarışıqlıq olan məkanlardan uzaq durması tövsiyə edilib.