Türkiyədən acı xəbər: 3 şəhid, 5 yaralı

Türkiyədə antiterror əməliyyatları davam edir.

Şırnak vilayətinin Qabar dağı bölgəsində PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı terrorçuların ərazidə öncədən quraşdırdıqları partlayıcı qurğu işə salınıb.

Nəticədə 3 əsgər şəhid olub, 5 əsgər yaralanıb. Əməliyyat zamanı 5 terrorçu öldürülüb.

Yeniçağ.az