Türkiyədən acı xəbər: 4 hərbçi şəhid oldu

Türkiyənin “Barış bulağı” hərəkatını keçirdiyi bölgədə türk əsgərlərinə qarşı bombalı hücum olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 4 hərbçi yola nəzarət edərkən onlara tərəf gələn bombalı avtomobilin partladılması ilə şəhid olublar.

Açıqlamada Türk Silahlı Qüvvələri və Müdafiə Nazirliyi şəhid olanların ailəsinə baş sağlığı verib.

Allah rəhmət eləsin!