Türkiyədən acı xəbər

Türkiyə daha bir şəhid verib.

Yenicag.az xəbər verir ki, PKK terror qruplaşmasının üzvləri Hakkarinin Çukurca bölgəsində, İraqla sərhədə raketlə zərbə endirib. Hadisə nəticəsində bir əsgər şəhid olub, 5-i isə yaralanıb.

Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.