Türkiyə hökuməti Berlində məscid və Türk mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndərib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ açıqlama verib:
“Almaniya hökumətini Türkiyə vətəndaşlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırırıq”.
B.Bozdağ həmçinin qarşı tərəfi cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Qeyd edək ki, insident martın 11-də Berlinin Raynikkendorf rayonunda qeydə alınıb.