Türkiyədən Amerikaya ikinci tibbi yardım göndərildi – Fotolar

Türkiyənin yeni növ koronavirus (Kovid-19) epidemiyasının təsirinə ən çox məruz qalan ölkələrdən biri olan ABŞ-a tibbi yardım daşıyan ikinci hərbi yük təyyarəsi Ankaradan havaya qalxıb.

Yenicag.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın təlimatıyla Türkiyə Kovid-19-la mübarizəyə dəstək məqsədilə dünya üzrə epidemiyanın təsirinə ən çox məruz qalan ölkələrdən biri olan ABŞ-a maska, qoruyucu tibbi ləvazimat, kombinezon və dezinfeksiya edici məhlul olmaqla qabaqlayıcı tibbi ləvazimat göndərib.

Milli Müdafiə və Səhiyyə nazirliklərinin hazırladığı ləvazimatlar “Etimesgut” hərbi aerodromunda C-130 tipli təyyarəyə yüklənib.

ABŞ-a yola düşmək üçün havaya qalxan təyyarənin apardığı yüklərin üzərində Mövlanənin türkcə və ingiliscə “Ümidsizliyin ardında necə ümidlər var, qaranlığın ardında necə günəşlər var” sözləri yazılıb.

ABŞ-a tibbi yardım daşıyan təyyarə Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran və ABŞ-ın Türkiyədəki səfiri David Satterfield ilə Türk və ABŞ hərbi rəsmiləri tərəfindən yola salınıb.

Türkiyə 2 gün əvvəl də ABŞ-a tibbi yardım ləvazimatı göndərmişdi.

Qey edək ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus yük təyyarələri İspaniya, İtaliya, İngiltərə, Serbiya, Kosovo, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro, Liviya, Somali və Cənubi Afrika Respublikasına da yardım göndərmişdi.