Türkiyədən Avropa Parlamentinə Ermənistan cavabı: “Siyasi əxlaqa dəvət edirik”

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Avropa Parlamentinin “Aİ-Ermənistan münasibətləri” adlı hesabatı ilə bağlı sualına cavab verib.

Bu barədə Yenicag.az-ın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Görünür ki, Avropa Parlamenti 15 mart 2023-cü il tarixli “Aİ-Ermənistan münasibətləri” adlı hesabatında Türkiyə və 1915-ci il hadisələri ilə bağlı əsassız iddialara yer verməkdə israrlıdır. Tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlərin bizim üçün heç bir əsası yoxdur”, – nazirliyin sözçüsü qeyd edib.

Açıqlamada, həmçinin Avropa Parlamenti əsassız iddialar səbəbilə tənqid edilib :

“Biz Avropa Parlamentini bu cür birtərəfli və əsassız iddiaları təkrarlamaqdansa, siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət etməyə dəvət edirik”.