!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən Azərbaycana 4 general təyinatı!

!Reklam – Yazi

Avqustun 25-də Türkiyə Yüksək Hərbi Şurasının toplantısı keçirilib.

Yenicag.az xəbər verir ki, toplantıda Azərbaycanda Xidmət Qrupu Komandanlığının tərkibi bəlli olub.

Qərara əsasən Azərbaycanda Xidmət Qrupu Komandanlığına 4 general təyin edilib.

Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ərsay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.

General Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb.

General Əndər Günər Azərbaycan Xidmət Qrupu Komandanlığının qərargah rəisi təyin edilib.

Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub.

www.yenicag.az

2429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv