!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən Azərbaycana dəstək, Ermənistana təpki: “Ağlını başına yığ” - VİDEO

!Reklam – Yazi

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlunun şəhid olması qardaş Türkiyədə də hiddətlə qarşılanıb.

Yenicag.az xəbər verir ki, düşmən təxribatından sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün “Twitter” hesabından etdiyi paylaşımda Ermənistanı “ağlını başına yığmağa” çağırıb:

“Ermənistanın hərbi təcavüzü nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət  hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşənə Allahdan rəhmət, qardaş Azərbaycan xalqına və şəhidin ailəsinə başsağlığı verirəm.

Ermənistanı hücuma son verərək ağlını başına yığmağa çağırıram. Can Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq”.

Eyni zamanda, Türkiyənin Milli Müdafiə Nazirliyi də kiçik çavuş Məmmədov Elşən Əli oğlunun şəhid olması ilə bağlı Azərbaycana başsağlığı verib.

“Dağlıq Qarabağı qanunsuz olaraq işğal edən Ermənistan indi də Tovuz istiqamətində atəşkəsi pozaraq qəhrəman Azərbaycan əsgərimizi şəhid edib. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza baş sağlığı diləyirik. Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır”, – deyə açıqlamada bildirilib.

www.yenicag.az

1477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv