!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən Azərbaycana “qəti addım” ÇAĞIRIŞI: “Rusiyanın Qarabağdakı həyasızlığına belə təpki verilməsi...” – ŞƏRH

!Reklam – Yazi

“Türkiyədəki qardaşlarımız da Rusiya və ermənilərin Qarabağdakı həyasızlığına sərt təpki göstərirlər”.

Bu fikirləri sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycanın Qarabağda qalan erməni separatçıları ilə ərazidəki Rusiya sülhməramlılarının yolverilməz davranışlarına yönəlik “qəti addımlar” atmamasına dair ifadə olunan narazılıqlara münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyədə mütləq əksəriyyət Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə azı bizim qədər sevinir:

“Bildiyiniz kimi, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanat 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin təsdiqi oldu.

Doğrudur, indinin özündə də həmin üçtərəfli bəyanata və Qarabağ ermənilərdən tam təmizlənmədən müharibənin dayandırılmasına münasibət birmənalı deyil, bu barədə müxtəlif fikirlər səsləndirilir.

Ancaq 10 noyabr bəyanatının ortaya çıxmasında və müharibənin dayandırılmasında Rusiya faktorunun təsirini hamı başa düşür, məsələyə bu prizmadan yanaşır. Hazırda Rusiyanın 10 noyabr bəyanatında əks olunmuş müddəaları yerinə yetirməməsi, o cümlədən, ermənilərin rus hərbçilərinin açıq dəstəyi sayəsində yenə həyasızlıq etmələri Azərbaycanın özündə də hiddət doğurur, hökuməti onlara qarşı qəti fəaliyyətə çağıran fikirlər səsləndirilir.

O baxımdan, Türkiyə cəmiyyətinin müəyyən kəsimində də analoji yanaşmaların olması təbii qarşılanmalıdır. Çünki Türkiyədə mütləq əksəriyyət Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə azı bizim qədər sevinir. Bu səbəbdən, Türkiyədəki qardaşlarımız da Rusiya və ermənilərin Qarabağdakı həyasızlığına sərt təpki göstərirlər.

Ancaq unutmaq olmaz ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ başlayıb və iki qardaş ölkənin hökuməti bu çərçivədə birgə zəruri addımları atmağa hazırdır. Əsas olan da budur”.

A.Zeynalov

www.yenicag.az

3487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv