!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən bir qrup nüfuzlu jurnalist Azərbaycana gəldi - VİDEO

!Reklam – Yazi

Azərbaycana səfərə gələn Türkiyəli jurnalistlərin Bakıda və Gəncədə mühüm görüşləri planlaşdırılıb.

Yenicag.az xəbər verir ki, Anadolu Yayımçılar Dərnəyinin və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı, Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) ilə Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) dəstəyi ilə Azərbaycana səfər edəcək Türkiyənin tanınmış jurnalistlərinin ilk qrupu ölkəmizə gəlib.

Qrup paytaxt Bakıda və Gəncədə bir sıra görüşlər keçirəcək.

Azərbaycana baş tutan növbəti səfərlə bağlı danışan Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan bu gəlişin iki ölkənin media quruluşları arasında həmrəyliyi gücləndirmək məqsədi daşıdığını qeyd edib:

“Türkiyə və Azərbaycan jurnalistləri bir araya gələcək. Anadolu mediası və beynəlxalq jurnalistika təmsilçiləri ilə Bakıda olacağıq. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, “Bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşlarımızla həmrəyliyimizi daha da gücləndirəcəyik”.

Qeyd edək ki, Türkiyədən gələn jurnalistlərin ilk qrupuna Hilal Kaplan (“Sabah” qəzeti), Əkrəm Qızıltaş (“Təqvim” qəzeti), Hadi Özişıq (İnternethaber.com), Ərcan Gürsəs (“Kanal D”), Hacı Yakışıklı (“Yeni Akit Qəzeti”) daxildir və onları bu səfərdə “Yeni Çağ” Media Qrupunun Baş direktoru Aqil Ələsgər müşayiət edir.

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv