!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən Birləşmiş Ərəb Əmirliyinə “Fəxrəddin Paşa” cavabı - Səfirliyin olduğu küçənin adı dəyişdirildi  

!Reklam – Yazi

Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında soyuq savaş davam edir. Yenicag.az xəbər verir ki, Osmanlı Dövləti haqqında ittihamlar irəli sürən BƏƏ xarici işlər naziri Şeyx Abdullah ibn Zayedin açıqlamasından sonra Ankara Bələdiyyəsi maraqlı bir addım atıb.

Artıq BƏƏ-nin Türkiyədəki səfirliyinin yerləşdiyi 613-cü küçənin ismi Fəxrəddin Paşa, onunla kəsişən 609-cu prospekt isə Mədinə Müdafiəsi prospekti adlandırılacaq. Qərar Ankara Böyük Şəhər Bələdiyyəsi Məclisi tərəfindən yekdilliklə qəbul olunub.

Mədinə qəhrəmanı sayılan Fəxrəddin Paşaya qarşı BƏƏ xarici işlər nazirinin sosial mediada ünvanladığı ağır ittihamlardan sonra alınan bu qərar rəsmi Ankaranın qarşı tərəfə cavabı sayılıb və sosial mediada da təqdir görüb.

Bundan sonra rəsmi yazışmalarda küçənin adı bu şəkildə yazılacaq.

 

www.yenicag.az

3092
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv