Türkiyədən Buçadakı qətliama REAKSİYA: “Ukrayna xalqının acısını paylaşırıq” – TƏLƏB

Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın Buça şəhərində Rusiya ordusu tərəfindən törədilən qətliama münasibət bildirib.

Yenicag.az xəbər verir ki, nazirlik məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, sözügedən qətliamı törədənlərin tapılması Türkiyənin əsas gözləntisidir:

“Kiyev yaxınlığındakı Buça və İrpin daxil olmaqla müxtəlif bölgələrdən mediaya yansıyan qətliam görüntüləri dəhşətli və insanlıq adına məyusedicidir. Ukrayna xalqının acısını paylaşırıq.

Məsum mülki əhalinin hədəfə alınması əsla qəbul edilə bilməz. Məsələnin müstəqil araşdırmaya cəlb edilərək bundan məsul şəxslərin müəyyənləşdirilməsi və onların cavab vermələrinin təşkil edilməsi əsas gözləntimizdir.

Türkiyə insanlıq adına utancverici belə səhnələrin sonlanması və bir an öncə sülhün əldə edilməsi üçün səy göstərməyə davam edəcək”.

COP29