Türkiyədən daha 136 hərbçi Azərbaycana gəldi – FOTO / VİDEO

Türkiyə minatəmizləyənlərindən ibrət 136 nəfərlik bir qrup Azərbaycana gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında məlumat verilib.

Məlumatda bildirilir:

“Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) qruplarından 136 nəfərlik şəxsi heyət Azərbaycana göndərildi və qəhrəman Azərbaycan Ordusunun işğaldan qurtardığı Qarabağdakı minalanmış ərazilərin təmizlənməsi üçün işə başladı”.