Türkiyənin Elazığ vilayətində yenə də eyni ərazidə 5,1 bal gücündə zəlzələ baş verib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, zəlzələ saat 19.30-da Elazığ vilayətinin Sivricə rayonunda yerin 7,2 kilometr dərinliyində olub.
Qeyd edək ki, dünən baş verən zəlzələdə 29 nəfərin həyatını itirdiyi bildirilir.