!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyədən ən müasir silah növlərinin alınması üçün yeni müqavilələr imzalanıb”

!Reklam – Yazi

Müdafiə sahəsinə gəldikdə, müharibə dövründə bunun keyfiyyətini göründü və bu, dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, bizə üstünlük verib”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında “HaberGlobal” TV-nin əməkdaşının sualını cavablandırarkən deyib.

“Müharibədən sonra da danışıqlarımız davam edir. Yeni müqavilələr imzalanıb. Türkiyə tərəfi ilə orada istehsal edilən ən müasir silah növlərinin ölkəyə gətirilməsi üçün razılaşma əldə edilir. Yeni müqavilələr imzalanıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Bildiyiniz kimi Türkiyə-Azərbaycan birgə hərbi təlimlər də müntəzəm olaraq keçirilir. Ötən il pandemiyaya görə bir az az keçirildi. Halbuki 2019-cu ildə 10-dan çox keçirilib. Bu dəfə Qarsda keçirilib. Bu sahədə də işlər aparılacaq.

Azad ediləcək torpaqlarda da türk şirkətlərini görmək istəyirik və əminəm ki, görəcəyik. Görüləcək işlər çoxdur və əminəm ki, bundan sonra da birlikdə addımlayacağıq”, – Prezident əlavə edib.

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv