Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsrailin XİN rəhbəri İarael Kantzın ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan sosial media paylaşımına cavab verib.
Yenicag.az xəbər verir ki, Türkiyə XİN Kantzın bu paylaşımlarını diqqət yayındırma cəhdi kimi dəyərləndirib.
“İsrail xarici işlər nazirinin fələstinlilərin uğradıldığı soyqırımındakı roluna görə ədalət qarşısında edəcəyi müdafiəsini gözkəyirik”, – deyə qeyd olunan açıqlamada Türkiyənin İsrailin zülm siyasətinin qarşısında dayanmağa davam edəcəyi vurğulanıb.
Qeyd edək ki, İsrailin XİN başçısı sosial media hesabında davamlı şəkildə Rəcəb Tayyib Ərdoğanı hədəf alan paylaşımlar edir.