Türkiyədən Əsəd rejiminə mesaj: “Birlikdə çalışmağa hazırıq”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu nazirliyin 2023-cü il büdcəsi ilə bağlı müzakirələrin aparıldığı Böyük Millət Məclisində (TBMM) hesabat xarakterli çıxış edib.

Yenicag.az-ın Türkiyə bürosunun məlumatına görə, nazir Suriya və İraqda keçirilən antiterror əməliyyatları ilə bağlı danışıb.

Çavuşoğlu bildirib ki, rəsmi Ankara Suriyadakı mövcud Bəşər Əsəd rejimilə birlikdə çalışmağa hazırdır:

“Rejim reallığa uyğun davranaraq, terrorla mübarizə, siyasi prosesi və suriyalıların geri dönmədi məsələlərilə bağlı birlikdə çalışmağa hazırıq”.