Türkiyədən əxlaqsızlığı təbliğ edən “YouTube” kanalı ilə bağlı QƏRAR

Türkiyədə uşaq zorakılığını təbliğ edən “YouTube” kanalına giriş qadağan edilib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, “GERÇEK HİKAYELER” adlı kanalda cəmiyyət, ailə dəyərlərinə zidd, əxlaq qaydalarını pozan və uşaqlara qarşı cinsi istismarı təbliğ edən ifadələrin yer aldığı müəyyən olunub.

Türkiyədə Cinayətlərə Qarşı Mübarizə Qanunu çərçivəsində “YouTube”, digər əlaqədar qurumlarla əlaqə yaradılıb və bu hesaba girişin qadağan edilməsi üçün prokurorluğa müraciət edilib.

Baş Polis İdarəsindən verilən məlumata görə, sosial əxlaq qaydalarına zidd materiallar yayımlayan bir çox kanal bağlanıb.

Qeyd edilib ki, sözügedən kanallarda uşaqların psixososial inkişafına mənfi təsir göstərə biləcək, ailə dəyərlərinə zidd, ümumi əxlaq qaydalarını pozan və uşaqlara qarşı cinsi istismar nümayiş olunur.

Sözügedən kanalın bəzi video başlıqlarını təqdim edirik:

“Anam ailəmizi başqası üçün tərk etdi”, “Keçmiş sevgilimi geri qaytarmaq üçün hamilə kimi davrandım”, “15 yaşımda hamilə qaldım”, “Bacım məni kürəyimdən bıçaqlayıb, sevgilimi alimdən aldı” və sair…