Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci turun oyunları keçirilir.
Yenicag.az xəbər verir ki, bu gün daha 8 qarşılaşma baş tutub.
Azərbaycan millisi də turnirdə ikinci oyununa çıxıb. Komandamız səfərdə Malta ilə qarşılaşıb və bu dəfə də heç-heçə ilə kifayətlənib.
Maraqla gözlənilən oyunlardan biri Türkiyə millisi ilə İsveç arasında olub. Beş qolun qeydə alındığı bu oyunda Türkiyə inanılmaz əzmkarlıq nümayiş etdirməklə fantastik qələbəyə imza atıb.
Portuqaliya – İtaliya qarşılaşması da azarkeşlərin maraqla gözlədiyi görüşlərdən biri idi. İlk turda 1 xalla kifayətlənən italyanlar bu oyunda da məğlubiyyətlə üzləşiblər.
Millətlər Liqası
10 sentyabr
A Liqası
3-cü qrup
Portuqaliya – İtaliya 1:0
Qol: A.Silva, 48.
B Liqası
2-ci qrup
İsveç – Türkiyə 2:3
Qol: Telin, 35. Klaesson, 49 – H.Çalhanoğlu, 51. E.Akbaba, 88; 90.
C Liqası
1-ci qrup
Şotlandiya – Albaniya 2:0
Qol: Cimşiti, 47-öz qapısına. Neysmit, 68.
4-cü qrup
Çernoqoriya – Litva 2:0
Qol: Saviç, 34. Yankoviç, 35.
Serbiya – Rumıniya 2:2
Qol: Mitroviç, 26; 63 – Stanku, 48-pen. Tukudan, 68.
D Liqası
1-ci qrup
Andorra – Qazaxıstan 1:1
Qol: Alaez, 86 – Loqvinenko, 68.
3-cü qrup
Kosovo – Farer adaları 2:0
Qol: Zeneli, 50. Nuhiu, 54.
Malta – Azərbaycan 1:1
Qol: Aqius, 10-pen – T.Xəlilzadə, 26.